“Dərmanlar COVİD vaksininə alternativ olmayacaq” - Hande Harmancı

16:09 31.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“ABŞ-nın “Merck” şirkətinin istehsal etdiyi “Molnupiravir” və “Pfizer” şirkətinin hazırladığı “Paxlovid” oral antiviral dərmanlarının COVID-19 virusuna yoluxanlar arasında xəstəxanaya yerləşdirilmə riskini azaltdığı həmin şirkətlər tərəfindən qeyd olunsa da, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı öz araşdırmalarını hələ də davam etdirir”.

Hafta.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı  apa-nın sorğusuna cavab olaraq bildirib. O deyib ki, lakin əlimizdə olan məlumatlar əsasında təsdiq edə bilərik ki, həmin dərmanların təhlükəsizliyi və effektivliyi sübut olunsa belə, onlar vaksinlərə alternativ olmayacaq:

“Buna görə də, hər bir şəxs COVID-19 peyvəndinin tam dozasını qəbul etməli və 6-cı ay sonunda gücləndirici peyvənd vurdurmalıdır”, – o deyib.